Dünya Özəl

Qəzzaya yardım aparan daha 2 təyyarə Misirə çatdı

Qəzzaya yardım aparan daha 2 təyyarə Misirə çatdı

Türkiyədən Qəzzaya tibbi ləvazimat, reanimasiya avadanlıqları və generatorlar daşıyan daha 2 təyyarə Misirə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O bildirib ki, dünən uçması planlaşdırılan 4 təyyarədən 2-si bu gün Misirə çatıb:

"Bundan əlavə, sabah içərisində tibbi ləvazimatlar, reanimasiya avadanlıqları və generatorlar olan daha 2 təyyarə göndəriləcək. Bizim humanitar məsuliyyətimiz bununla bitmir, hələ daha çox şey var".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova