Dünya Özəl

Bir həftə ərzində 1090 miqrant saxlanıldı

Bir həftə ərzində 1090 miqrant saxlanıldı

Türkiyənin Ədirnə vilayətində son bir həftə ərzində aparılan yoxlamalar zamanı 1090 miqrant tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, bölgə Jandarma Komandanlığının qrupları nizamsız köçün qarşısını almaq üçün tədbirlər həyata keçirib.

Şəhər mərkəzi və rayonlarında bir çox nöqtədə aparılan yoxlamalarda Suriya, Pakistan, Əfqanıstan, Misir, İraq, iran və Fələstin vətəndaşı olan 1090 miqrant tutulub.

Saxlanılan miqrantlar əməliyyatlarının ardından Miqrasiya İdarə Müdirliyinə göndərilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova