Gündəm Özəl

“Blinkenin çıxışında Azərbaycanı ittiham etməsi istisna deyil” — Politoloq

“Blinkenin çıxışında Azərbaycanı ittiham etməsi istisna deyil” — Politoloq

Ötən həftə ABŞ-nin nüfuzlu “Politiko” nəşri Azərbaycana qarşı saxta məqalə dərc etdi. Məqalədə bildirilirdi ki, Dövlət katibi Antoni Blinken konqresmenlərə Azərbaycanın guya Ermənistana hücum ehtimalı barədə məlumat verib. ABŞ-nin Azərbaycandakı səfirliyi isə bu xəbəri təkzib edərək yayılan məqalənin həqiqəti əks etdirmədiyini bildirdi.

“Qərb mediasının yenə Azərbaycana qarşı çıxışlara qalxması başadüşüləndir. Çünki Azərbaycan Qafqazın siyasi xəritəsini dəyişmək üzrədir. Qərb Rusiyanın regiondakı mövqeyi ilə də barışa bilmir. Buna görə də təzyiq göstərirlər ki, Azərbaycan milli maraqlarını bir tərəfə qoysun, Qərbin maraqlarına xidmət etsin”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O, ABŞ dövlət katibinin məqalədə yazıldığı səpkidə açıqlama verdiyini də istisna etməyib:

“Ola bilməz ki, Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan nüfuzlu bir media orqanı belə bir saxtakarlığa yol versin. ABŞ-də bunun cəzası çox ağırdır. Niyə bunu Blinken deyil, Bakıdakı səfirlik təkzib etməli idi? Görünən odur ki, belə bir çıxış olub, lakin sonradan bunun ağıllı addım olmadığının fərqinə varıblar.

ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Fransa və digər Avropa ölkələrindən hər şey gözləmək olar. Lakin Rusiyaya gücü çatmayıb, Azərbaycanı hədəfə almaq yanlış addımdır. Azərbaycan nə diplomatik, nə iqtisadi, nə də hərbi cəhətdən zəif ölkədir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova