Dünya Özəl

Nigeriyada difteriya epidemiyasından ölənlərin sayı 600-ü ötdü

Nigeriyada difteriya epidemiyasından ölənlərin sayı 600-ü ötdü

Nigeriyada son 10 ayda difteriya epidemiyasından 600-dən çox insan ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidmətləri Agentliyi (NPHCDA) məlumat yayıb.

Məlumata əsasən, difteriya epidemiyası 10 aydır paytaxt Abuca ilə yanaşı 19 ştatda da yayılmağa davam edir.

Bu müddət ərzində 14 mindən çox şübhəli hadisə qeydə alınıb və bunların 97 faizinin ölkənin şimalındakı Kano, Yobe, Katsina, Borno, Kaduna və Bauçi əyalətlərində aşkarlanıb.

Epidemiyaya görə 600-dən çox insan isə dünyasını dəyişib.

Qeyd edək ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova