Dünya

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı artıb — YENİLƏNİB

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı artıb — YENİLƏNİB

Oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrail şəhərlərinə hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölən və yaralananların sayının artmağa davam edəcəyini vurğulayırlar.

15:44

Oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumundan sonra həlak olan israillilərin sayı 400-ü ötüb, 2000-dən çox insan yaralanıb.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

D
demokrat.az