Nigerin Mali sərhəddində törədilən terror aktı nəticəsində 29 əsgər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkənin şimal-qərbdəki Tabatol rayonunda terror hücumu həyata keçirilib.
Hücumda 29 əsgər həyatını itirib, 2 əsgər isə ağır yaralanıb, çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Həmçinin ölkədə 3 günlük milli matəm elan edildiyi bildirilib.
Aysu Demokrat.az


