Dünya

Putin Kadırovla görüşdü

Putin Kadırovla görüşdü

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovla görüşüb.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov faktı təsdiqləyib.

Putin respublika rəhbərinin və komandasının regionun dinamik inkişafına şəxsi töhfəsini müsbət qiymətləndirib.

"Ramzan Axmatoviç, biz respublikadakı vəziyyət haqqında danışmağa razılaşdıq: iqtisadiyyatda, sosial sferada. Ümumiyyətlə, dinamika müsbətdir, bu, böyük ölçüdə sizin sayənizdə baş verir, komandanız, insanlar inamla işləyirlər. Həmçinin Rusiya Federasiyası hökuməti ilə yaxşı qarşılıqlı fəaliyyət sayəsində”, - Rusiya prezidenti deyib.

Qeyd edək ki, bundan əvvəl Kadırovun vəziyyətinin pisləşdiyi, hətta öldüyü barədə məlumatlar yayılmışdı.

D
demokrat.az