Dünya Özəl

Türkiyədə dəhşətli partlayış: Ölən var

Türkiyədə dəhşətli partlayış: Ölən var

Türkiyənin paytaxtı Ankarada Elmi Texnoloji Araşdırmalar Şurası Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunda partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 16.40 radələrində baş verib.

Kimyəvi maddələrin səbəb olduğu ehtimal edilən partlayış nəticəsində bir nəfərin hadisə yerində öldüyü bildirilib.

Partlayışla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova