İtaliyanın Florensiya ştatında 4,8 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Bildirilib ki, bölgədə səhər saatlarında 4,8 bal gücündə zəlzələ baş verib və ətraf ərazilərdə hiss olunub.
Yerin 8,4 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində ölən və xəsarət alan olmayıb.
Zəlzələ nəticəsində ciddi dağıntı olmadığı bildirilsə də, zəlzələdən sonra təkanların olduğu qeyd edilib.
Aysu Demokrat.az


