Cənubi Amerikanın Peru ölkəsində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Arekipa şəhərində baş verib. Qəzada 2-si uşaq olmaqla 10 nəfər ölüb, bəziləri ağır olmaqla 9 nəfər yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


