Dünya Özəl

Çindən "iPhone"la bağlı AÇIQLAMA

Çindən iPhonela bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Çində "Apple" və ya "digər xarici markalı" telefonlara məhdudiyyətlər qoyulması ilə bağlı məlumatlar yayılıb.

Demokrat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning məsələyə aydınlıq gətirib.

O bildirib ki, yayılan məlumatlar reallığı əks etdirmir:

"Çində xarici markalı telefonların, o cümlədən "iPhone"ların alınmasını və ya istifadəsini qadağan edən heç bir qanun, qayda və ya direktiv yoxdur. Ölkədə xarici şirkətlərə "bərabər şərtlərlə" rəftar edilir. Yayılan xəbərlər yalandan ibarətdir".

Aysu Demokrat.az

D
demokrat.az