ABŞ prezidenti Co Bayden Liviyada minlərlə insanın həyatını itirdiyi sel fəlakəti ilə əlaqədar ölkəyə başsağlığı verib.
Demokrat.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Liviyada dağıdıcı daşqınlarda yaxınlarını itirən bütün ailələrə başsağlığı veririk. ABŞ-ın yardım təşkilatları vasitəsilə bölgəyə çoxlu sayda təcili yardım vəsaitləri yönəldilib.
Yenə də əlavə dəstək veriləcək. Bununla əlaqədar səlahiyyətli orqanlar BMT (Birləşmiş Millətlər Təşkilatı) ilə koordinasiyalı şəkildə işləyir".
Aysu Demokrat.az


