Türkiyədə 3 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 3 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Adıyaman vilayətində baş verib.
Hadisə zamanı yük maşını, traktor və minik avtomobili toqquşub.
Bölgəyə təcili tibbi yardım, xilasetmə və təhlükəsizlik qüvvələri göndərilib.
Yaralılar Təcili Tibbi Xidmət qrupları tərəfindən bölgə xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, traktor sürücüsünün vəziyyətinin ağır olduğu öyrənilib.
Aysu Demokrat.az


