Dünya Özəl

Çində "iPhone"dan istifadə qadağa edildi

Çində iPhonedan istifadə qadağa edildi

Çində dövlət işçilərinə "iPhone" cihazlarının istifadəsi qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.

Bildirilib ki, Çin hökumətinə bağlı qurumlarda işçilərə "Apple” şirkətinin istehsalı olan "iPhone" və digər xarici markalı cihazlardan iş yerində istifadə etmək və onları ofisə gətirmək qadağan edilib.

Sözügedən qadağanın ötən həftələrdə yüksək səviyyəli rəhbərlər tərəfindən işçilərə verildiyi, lakin müraciətin əhatə dairəsi ilə bağlı kifayət qədər məlumat olmadığı vurğulanıb.

Aysu Demokrat.az

D
demokrat.az