Dünya Özəl

Norveç Malidəki səfirliyini bağlayacaq

Norveç Malidəki səfirliyini bağlayacaq

Norveç təhlükəsizlik səbəbi ilə ilin sonuna qədər Malidəki səfirliyini bağlayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyindən bildirilib.

Açıqlamaya görə, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının Malidən çəkilmə qərarı təhlükə yaradır:

"Qərar Norveç və digər diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatların təhlükəsizliyinə təsir edəcək. Buna görə də Norveç səfirliyinin ilin sonunadək bağlanmasına qərar verilib".

Qeyd edək ki, Norveç hökuməti Mali ilə yanaşı Burkina Faso, Mavritaniya kimi bölgələrdə səfirliyini təhlükəsizlik səbəbi ilə ilin sonuna qədər bağlamaq qərarı alıb".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova