Dünya Özəl

Qətər 3 iranlı məhbusu azad etdi

Qətər 3 iranlı məhbusu azad etdi

Qətərin ərazi sularına icazəsiz daxil olduqları üçün həbs edilən 3 iranlı məhbus sərbəst buraxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə İranın Qətərdəki səfiri Həmid Rza Dehqani məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Qətər rəsmiləri ilə danışıqlar aparılıb:

"Danışıqlar nəticəsində səhvən Qətərin ərazi sularına daxil olan 3 iranlı sərbəst buraxılıb. Onlar tezliklə öz ölkələrinə və ailələrinə qayıdacaqlar. Qətərdə saxlanılan digər iranlı məhbusların da azad edilməsi üçün danışıqlar davam etdirilir".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova