Dünya Özəl

NATO Türkiyəni təbrik etdi

NATO Türkiyəni təbrik etdi

NATO Müttəfiq Quru Qoşunları Komandanlığı Türkiyəni 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, birlik bu barədə "X" platformasında paylaşım edib.

Paylaşımda deyilir:

"Zəfər Bayramınız mübarək. Türkiyə 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib. Bütün bunlara görə Türkiyəyə təşəkkürümüzü bildiririk. Türkiyə və NATO birlikdə daha güclüdür".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova