Meksikada baş verən “Hilari” tropik qasırğası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata görə, qasırğa səbəbiylə bu gün daha 1 nəfər həyatını itirib və ümumi can itkisi 3-ə çatıb.
Səlahiyyətlilər ağacların və elektrik dirəklərinin aşması səbəbindən bir çox məntəqənin işıqsız qaldığını, küləyin bəzi evlərin damını uçurduğunu bildirib.
Eyni zamanda, ABŞ-ın Kaliforniya ştatında gözlənilən fırtına ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Aysu Demokrat.az


