ABŞ-nin Ukraynaya əlavə 200 milyon dollarlıq hərbi yardım edəcəyi açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.
O bildirib ki, ABŞ daima Ukraynanın yanında yer alacaq:
"Bu gün Ukraynanın torpaqlarını müdafiə etmək üçün növbəti təhlükəsizlik yardım paketini açıqlayırıq. ABŞ tərəfindən daha 200 milyon dollarlıq hərbi yardım ediləcək. Qeyd edək ki, yardım paketinə havadan müdafiə sursatları, artilleriya mərmiləri və minalardan təmizləmə avadanlıqları daxildir".
Aysu Demokrat.az


