Dünya Özəl

"Səudiyyə Ərəbistanı ilə imzalamalı olduğumuz heç bir razılaşma yoxdur"

Səudiyyə Ərəbistanı ilə imzalamalı olduğumuz heç bir razılaşma yoxdur

"İsrail ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması istiqamətində irəliləyiş əldə olunsa da, razılaşma əldə etmək çətin məsələdir".

Demokrat.az xəbər verir ki, bu fikirləri açıqlamasında İsrailin Milli Təhlükəsizlik müşaviri Tzaci Haneqbi bildirib.

O deyib ki, son vaxtlar ABŞ və Səudiyyə Ərəbistanının İsraillə normallaşma mövzusunda razılığa gəldiyi barədə xəbərlər yayılıb.

"Yayılan xəbərlər qısa bir müddətdə Ağ Ev tərəfindən təkzib edildi. Düşünürəm ki, onlar bu xəbərləri təkzib etməkdə haqlıdır. Səudiyyə Ərəbistanı ilə yaxınlarda imzalamalı olduğumuz heç bir razılaşma yoxdur. Lakin onu qeyd edə bilərik ki, hər iki dövlətlə münasibətlərimiz inkişaf etməkdə davam edir".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova