Dünya Özəl

Hindistanda məbəd uçdu: 9 nəfər öldü

Hindistanda məbəd uçdu: 9 nəfər öldü

Hindistanın Himaçal-Pradeş ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində məbəd uçub.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, məbədin çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalıb, 9 nəfər ölüb.

Axtarış-xilasetmə işlərini davam etdirən qruplar dağıntılar altında təxminən 20-25 nəfərin olduğunu açıqlayıb.

Həmçinin səlahiyyətlilər əyalət sakinlərini güclü yağışlar səbəbindən evdə qalmağa çağırıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova