"Krım körpüsünə edilən hücum terror aktıdır".
Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O deyib ki, Ukrayna Krım körpüsünə PUA və S-200 tipli raket sistemləri ilə hücum edib:
“Bu terror hücumlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir və körpüyə hücumlar qəbuledilməzdir. Ərazi keçən ilin payızından bəri bu cür hücumlara məruz qalır və nəticədə mülki insanlar həlak olur.Edilən hücumların heç biri cavabsız qalmayacaq".
Aysu Demokrat.az


