Dünya

“Mercedes-Benz” və BMW rus dilerlərini proqram təminatından ayırıb

“Mercedes-Benz” və BMW rus dilerlərini proqram təminatından ayırıb

Alman avtomobil konserni “Mercedes-Benz” və BMW rus dilerlərini avtomobillərə texniki qulluq üçün istifadə olunan proqram təminatından ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə mənbələr “İzvestiya”ya bildiriblər.

“Rusiya Avtomobil Satıcıları” Assosiasiyasının nümayəndəsi əksər xarici markalar üçün proqram təminatı ilə bağlı problemləri açıqlayıb. Onun sözlərinə görə, əsas problem təmir müddətinin artmasıdır.

“Bu, təkcə Mercedes-ə deyil, BMW-yə də aiddir. Aydındır ki, indi dilerlər var gücü ilə avtomobil sahibləri qarşısında zəmanət öhdəliklərinə əməl etməyə çalışırlar. İndiki vəziyyətdə isə “rəsmi diler” ifadəsi öz mənasını itirir”, – o qeyd edib.//Azpost.info

D
demokrat.az