Dünya Özəl

10 gündə 220 məzar qarət edildi

10 gündə 220 məzar qarət edildi

Fransanın Haut-Rin əyalətində quldurlar 10 gündə 220 qəbri talayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin BFM TV telekanalı məlumat yayıb.

Məlumata görə, əyalətdəki 7 qəbiristanlıqda 10 gündür qarət hadisələri yaşanır.

Ərazidəki qəbirlərdən heykəllər, müqəddəs su qabları və tunc cənazə bəzək əşyalarının oğurlandığı bildirilir.

Qeyd edək ki, jandarm qrupları bölgədə baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.

Eyni zamanda bələdiyyə sədrlərinə gecə saatlarında qəbiristanlığı bağlamaq təklif edilib.

Aysu Demokrat.az

D
demokrat.az