Dünya Özəl

Nigeriyada 16 silahlı dəstə üzvü zərərsizləşdirildi

Nigeriyada 16 silahlı dəstə üzvü zərərsizləşdirildi

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatda 16 dəstə üzvü öldürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, silahlı dəstə üzvlərinə qarşı keçirilən hava əməliyyatları davam etdirilir.

Son əməliyyatlar nəticəsində, 16 dəstə üzvü öldürülüb, bir çox dəstə üzvü isə yaralanıb.

Eyni zamanda, silahlı dəstə üzvlərinin düşərgələri də məhv edilib.

Qeyd edək ki, Zamfara əyaləti artıq 5 ildən çoxdur ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova