Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəriBəbirov Aqşin Qabil oğlundan xəbər yoxdur.
Demokrat.az xəbər verir ki, bu barədə A. Bəbirovun anası Dürdanə Bəbirova məlumat verib.
“Demişdilər ki, avqustun əvvəlləri əsirlər qarşılıqlı dəyişdiriləcək. Hələ ki bir xəbər yoxdur. 4 ayda cəmi bir dəfə danışmışam oğlumla. Qırmızı Xaç erməni əsirlərə, dinc sakinlərin qanına əlini batırmış qatillərə hər cür şərait yaradır, ailələrilə əlaqə saxlayırlar. Tez-tez Xankəndiyə gedən Qırmızı Xaç hər dəfə deyir ki, oğlunla danışdıracağıq səni. Hüseyni (Axundov Hüseyn Əhliman oğlu ) hələ bir dəfə də olsun anasıyla danışdırmayıblar. Çarəsiz ana olaraq oturmuşuq, övladımız da düşmənin əlində”. 
Törə Zeynallı Demokrat.az


