Dünya Özəl

Türkiyə Pakistanda törədilən terror aktını pislədi

Türkiyə Pakistanda törədilən terror aktını pislədi

Türkiyə Pakistanın Hayber Paxtunxva əyalətində baş verən bombalı hücumla bağlı Pakistan hökumətinə baş sağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyənat yayıb.

Bəyanatda deyilir:

"Dost və qardaş Pakistanda bu gün siyasi mitinq zamanı baş verən partlayışda çox sayda insan həyatını itirib.

Biz bu terror aktını ən sərt şəkildə qınayırıq və hücumda həyatını itirənlərə, onların yaxınlarına, Pakistan hökumətinə və xalqına başsağlığı veririk. Türkiyə terrorla mübarizədə dost və qardaş Pakistanın yanında olmağa davam edəcək".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova