İtaliyanın paytaxtı Romada imperator Nerona məxsus teatrın qalıqları tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yer alıb.
Məlumata görə, arxeoloqlar teatrın qalıqlarını yaxınlıqdakı Rovere sarayının həyətində aparılan qazıntılar nəticəsində aşkar edib.
Qazıntılar zamanı mərmər sütunlar, qızıl bəzəklər və teatrda dekor üçün istifadə oluna biləcək qalıqlar tapılıb.
Roma Arxeoloji Saytının direktoru Daniela Porro bu tapıntıların çox əhəmiyyətli olduğunu bildirib.
Qazıntı işlərinin təşəbbüskarı olan arxeoloq Renato Sebastiani isə bildirib ki, Rovere sarayının altındakı arxeoloji kəşflər onlara qədim Romadan orta əsrlərə qədər olan geniş dövr haqqında çoxlu məlumatlar verib.
Xatırladaq ki, Rovere sarayında qazıntılar 2020-ci ildə başlayıb.
Aysu Demokrat.az


