Türkiyəli məşhur aktyor və yazıçı Yılmaz Qruda dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, aktyorun ölüm xəbərini onun meneceri Tümay Özokur paylaşıb.
Paylaşımda bir müddətdir səhhətində problemlər yaşayan 93 yaşlı aktyorun həyatını itirdiyi bildirilib.
1930-cu ildə İstanbulda anadan olan aktyorun böyrək çatışmazlığından əziyyət çəkdiyi deyilirdi.
Qeyd edək ki, Yılmaz Qruda teatr, kino və seriallarda aktyorluq etməklə yanaşı, şair, dramaturq və teatr rejissoru kimi də tanınırdı.
Aysu Demokrat.az


