ABŞ-da Respublikaçılar partiyasından 2024-cü il prezident seçkilərinə namizəd olan Florida qubernatoru Ron DeSantis avtomobil qəzası keçirib.
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Amerika mətbuatı məlumat yayıb.
Məlumata görə, qubernator bu gün Tennessi ştatında keçirilən tədbirə gedərkən idarə etdiyi avtomobil qəzaya düşüb.
Qəzada DeSantis və komandasının xəsarət almadığı vurğulanıb.
Hadisənin təfərrüatları isə yayımlanmayıb.
Qeyd edək ki, DeSantis 2024-cü il prezident seçkilərinə namizəd olan Donald Trampın ən güclü rəqibi kimi tanınır.
Aysu Demokrat.az


