Türkiyənin paytaxtı Ankarada silahlı hücum nəticəsində bir nəfər ağır yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Çankaya ərazisindəki əyləncə mərkəzində baş verib.
Mərkəzə hücum edən silahlı şəxs ərazidəki 1 nəfəri yaralayaraq dərhal qaçıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Polis hücum edən şəxsin axtarışlarının davam etdiyini açıqlayıb.
Aysu Demokrat.az


