Dünya Özəl

Türkiyə Səudiyyə Ərəbistanına hücum PUA-ları satacaq

Türkiyə Səudiyyə Ərəbistanına hücum PUA-ları satacaq

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında hücum tipli Pilotsuz Uçuş Aparatlarının ixracı barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC Türkcə" məlumat yayıb.

Məlumata əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında enerji, birbaşa investisiya, müdafiə sənayesi və kommunikasiya sahələrində beş müqavilə imzalanıb.

Müdafiə sənayesi müqaviləsi ilə hücum PUA-nın Səudiyyə Ərəbistanına satılmasına qərar verilib.

Müqavilə çərçivəsində tərəflərin təlim, texniki dəstək və logistika xidmətlərinin də təmin ediləcəyi və yüksək texnologiya inkişaf qabiliyyətini inkişaf etdirmək üçün texnologiya transferi və ortaq istehsal sahəsində əməkdaşlıq həyata keçiriləcəyi vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova