Cənubi Koreyada doğulduqdan sonra rəsmi qeydiyyatı olmayan körpələrlə bağlı başladılan istintaq çərçivəsində körpə ölümlərinin sayı 249-a yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkə üzrə rəsmi qeydə alınmayan 2000-dən çox doğulan körpənin təxminən 12 faizi dünyasını dəyişib.
Araşdırmalar çərçivəsində öldüyü müəyyən edilən körpələrin sayının 249-a yüksəldiyini açıqlanıb.
Əhali qeydiyyatında olmayan körpələrdən 1025-nin sağ olduğu təsdiqlənsə də, onlardan 814-ü ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
Aysu Demokrat.az


