“Twitter” “Threads”ə görə “Meta” şirkətini məhkəməyə verməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, buna səbəb “Meta” şirkətinin istifadəyə verdiyi “Threads” tətbiqinin “Twitter”ə çox bənzəməsi olub.
“Twitter” sahibi İlon Mask “Threads” haqqında yazdığı yazıda qeyd edib:
“Rəqabət yaxşıdır, amma bunu fırıldaqçılıqla etmək olmaz”.
Daha sonra İlon Mask “Meta” şirkətini məhkəməyə verəcəyini açıqlayıb.
Aysu Demokrat.az


