Kriminal Özəl

Sabirabadda arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Sabirabadda arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Sabirabad rayonunda arvadını qətlə yetirməyə cəhd etməkdə ittiham olunan Rəşad Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Fərqanə Rüstəmova bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, aralarında yaranmış mübahisə zamanı Fərqanə Rüstəmova əri Rəşad Rüstəmov tərəfindən bıçaqlanaraq xəsarət alıb.

Hadisəni törədən Rəşad Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az