Dünya

Rusiya Finlandiya və İsveçlə sərhəddə yeni ordu birləşməsi yaradır

Rusiya Finlandiya və İsveçlə sərhəddə yeni ordu birləşməsi yaradır

Rusiya Müdafiə Nazirliyi yeni ümumqoşun ordu birləşməsi yaratmaq qərarına gəlib.

Azpost.infobildirir ki, bu barədə “İzvestiya” qəzeti nazirlikdəki mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, yeni hərbi birləşmə ordu korpusunun bazasında yerləşdiriləcək. Bu ordu Rusiyanı şimal sərhədlərini , o cümlədən Finlandiya və Norveçi əhatə edəcək.

Birləşmiş silahlı ordunun tərkibinə motoatıcı briqadalar, alaylar və diviziyalar daxil olacaq. Onların şəxsi heyəti Şimal qütbü hərbi dairəsində döyüş əməliyyatları üzrə təlim keçəcək.

Hərbi tarixçi Dmitri Boltenkov qeyd edib ki, indiyə qədər İsveç və Finlandiya neytral dövlətlər olduğu üçün, Şimal dairəsində böyük hərbi qüvvələrin saxlanmasına ehtiyac yox idi. Hazırda Finlandiya NATO-ya qoşulduğundan, İsveç də buna doğru getdiyindən şimal-qərb istiqamətini gücləndirmək ehtiyacı meydana çıxıb.

NE
Nihadə Eyyubova