Katolik Kilsəsinin lideri Papa Fransisk İsveçdə Quranın yandırılmasına reaksiya verib.
Demokrat.az xəbər verir ki, o, bu barədə Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl İttihad” qəzetinə danışıb.
Papa bildirib ki, İsveçin paytaxtı Stokholmda Quranın yandırılması pislənməlidir:
"Müqəddəs sayılan hər bir kitaba layiqli hörmət və ehtiram göstərilməlidir. Söz azadlığı heç vaxt başqalarını alçaltmaq üçün bəhanə kimi istifadə edilə bilməz. Bu kimi hallara yol verilməsinə qarşı durmaq lazımdır. Belə iyrəncliklər pislənməlidir".
Aysu Demokrat.az


