“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin biznes təyyarəsi Rusiyanın Rostov-na-Donu şəhərindən Belarusa uçub.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Yevgeni Priqojinin biznes reaktivi (qeydiyyat nömrəsi RA-02795) bu gün səhər saat 07:40-da Minsk yaxınlığındakı Maçulişçi hərbi aerodromuna enib.
Məlumatda bildirilir ki, Maçulişçi hərbi aerodromuna Rusiyadan daha bir təyyarə gəlib. RA-02878 dövlət nömrə nişanlı “BAe 125-800B” biznes reaktiv təyyarəsi Sankt-Peterburqdan havaya qalxaraq saat
07:58-də Maçulişçi hərbi aerodromuna enib.



