Çinin xarici işlər naziri Qin Qanq Pekində səfərdə olan Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər naziri Qin Qanq Pekində Rusiya xarici işlər nazirinin müavini Rudenko ilə görüşüb. Görüşdə Çin- Rusiya münasibətləri, ümumi maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb ", deyə Nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, görüş “Vaqner” qrupunun rəhbəri Priqojinlə aparılan danışıqlardan sonra baş tutub.
Aysu Demokrat.az


