Dünya Özəl

Blinkendən Türkiyəyə çağırış: İsveçin NATO-ya üzvlüyünü təsdiq edin!

Blinkendən Türkiyəyə çağırış: İsveçin NATO-ya üzvlüyünü təsdiq edin!

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda keçirilən Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfransda amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdən sonra Halan Fidan və Blinken İsveçin NATO-ya üzvlüyü məsələsi ilə bağlı danışıblar.

Blinken iki ölkənin qarşıdan gələn NATO sammiti, İsveçin üzvlük prosesi, müdafiə sahəsində əməkdaşlıq, enerji və iqtisadi əməkdaşlıq kimi həll etməli olduğu bir çox mövzunun olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə Blinkenin Türkiyəni İsveçin NATO üzvlüyünü təsdiqləməyə təşviq etdiyini deyib.

Qeyd edək ki, Türkiyə ilə yanaşı, Macarıstan da İsveçin NATO üzvlüyünə razılıq verməlidir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova