Pekində səfərdə olan ABŞ-ın dövlət katibi Antoni Blinken Çin lideri Si Cinpin ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, Antoni Blinken Pekindəki Xalq Yığıncaq Salonunda Çin Prezidenti Si Cinpinlə görüş keçirib.
Görüş zamanı ABŞ və Çin arasında bəzi məsələlərdə irəliləyişin əldə edildiyi və razılığa gəlindiyi vurğulanıb.
Si Cinpin deyib: “Dövlətlərarası münasibətlər hər zaman qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır.
Ümid edirəm ki, nazir Blinken bu səfərlə Çin-ABŞ münasibətlərinin sabitləşməsinə müsbət töhfələr verəcək".
Aysu Demokrat.az


