Dünya Özəl

Astanada keçiriləcək 4 tərəfli görüşün vaxtı açıqlandı

Astanada keçiriləcək 4 tərəfli görüşün vaxtı açıqlandı

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri iyunun 21-də Astanada görüşəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri iyunun 21-də Qazaxıstanın paytaxtı Astanada bir araya gələcəklər.

Görüşdə tərəflər Suriyada uzun müddətdir davam edən vətəndaş müharibəsindən sonra ölkənin gələcəyi ilə bağlı danışıqlar aparacaqlar.

Xatırladaq ki, Rusiya, Suriya, Türkiyə və İranın xarici işlər nazirləri mayın 10-da Moskvada görüşüblər.

Aysu Demokrat.az

D
demokrat.az