Dünya

ABŞ İranın dondurulmuş pullarından 3 milyardını azad edib

ABŞ İranın dondurulmuş pullarından 3 milyardını azad edib

Amerika Dövlət Departamentinin sözçüsü Matthev Miller ənənəvi xəbər toplantısında İranın İraq banklarında dondurulmuş vəsaitinin 3 milyardının azad olunduğunu bildirib.

“Bu məbləğlər ancaq humanitar və sanksiyalara şamil olunmayan sair müamilələr üçün istifadə oluna bilər”-deyə o, iyunun 13-də verdiyi açıqlamasında deyib.

“İrana olan borclar nağd ödənilməyəcək. İraqın Ticarət Bankının bu barədə istifadə edəcəyi mexanizm beynəlxalq banklar tərəfindən təsdiqlənib"-bunu isə İraq baş nazirinin məsləhətçisi Ziya Əl-Nasiri jurnalistlərə bildirib.

İraqın Ticarət Bankının rəsmisi Əqil Əl-Şəvili isə məsələ ilə bağlı açıqlamasında deyib ki, İrana ödənişlər İraq, İran və Amerikanın razılaşdıqları mexanizmə əsasən olunacaq.

D
demokrat.az