Dünya Özəl

ABŞ YUNESKO üzvlüyünə qayıtmaq qərarı verdi

ABŞ YUNESKO üzvlüyünə qayıtmaq qərarı verdi

ABŞ BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (YUNESKO) üzvlüyü bərpa etmək və 600 milyon dollar keçmiş borcunu ödəmək niyyətindədir.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata əsasən, YUNESKO-nun baş direktoru Odri Azulenin bazar ertəsi səfirlərin iclasında bu planı açıqlaması alqışlarla qarşılanıb.

Həmçinin bildirilib ki, YUNESKO-nun baş direktoru olduqdan sonra ABŞ-ın təşkilatdan çıxmasının səbəblərini yaxından araşdıran Azule İordaniya Fələstin və İsrail diplomatları ilə bu həssas problemi həll etmək üçün çox çalışıb.

Qeyd edək ki, ABŞ-ın geri qayıtması 193 ölkə tərəfindən ratifikasiya edilməlidir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova