Dünya Özəl

Belarusa qarşı yeni SANKSİYALAR

Belarusa qarşı yeni SANKSİYALAR

İngiltərə Rusiyanı dəstəklədiyi üçün Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi açıqlama verib.

Bildirilib ki, Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi üçün Belarusa qarşı daha çox sanksiyalara qərar verilib.

Sözügedən yeni sanksiyalar paketi Belarusdan qızıl, sement, ağac və rezin idxalına qoyulan qadağaları əhatə edir.

Bundan əlavə, açıqlamada Belarusun yalan xəbərlər yaymasına diqqət çəkilib və Böyük Britaniyanın bu kimi təbliğatı əngəlləmək səlahiyyəti olduğu vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova