Dünya Özəl

İsveç NATO-nun üzvlüyünə bu tarixdə qoşulur — Vaxt AÇIQLANDI

İsveç NATO-nun üzvlüyünə bu tarixdə qoşulur — Vaxt AÇIQLANDI

İsveç iyulda keçiriləcək NATO-nun Sammitinə qədər Alyansa üzv olacağına ümid edir.

Demokrat.az xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri Tobias Billstrom bildirib.

Nazir NATO üzvlüyü üçün Türkiyə və Macarıstan dövlətlərinin təsdiqini gözlədiyini qeyd edib.

O deyib ki, Türkiyədəki seçkidən sonra hər şey öz qaydasına düşəcək:

"NATO üzvlüyü üçün Türkiyənin təsdiq prosesinə başlamasının vaxtıdır. Macarıstanın İsveçin müraciətini niyə qəbul etmədiyi isə bizə aydın deyil. Macarıstan keçən il Madriddə İsveçə qeyd-şərtsiz dəstəyini təklif etmişdi. Biz onlardan təsdiq və dəstək gözləyirik".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova