Gündəm Özəl

Ərdoğan: Sinan Oğanın dəstəyi xeyirli olsun

Ərdoğan: Sinan Oğanın dəstəyi xeyirli olsun

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin 2-ci turunda Sinan Oğanın verdiyi dəstəkdən danışıb.

Demokrat.az xəbər verir ki, o, bu barədə Sivas Hökumət Meydanında xalqa müraciəti zamanı bildirib.

O deyib ki, 2-ci turda verilən dəstək qürurvericidir:

"Türk dünyası üçün səylərimizi yaxından bilən Sinan bəyin qərarının xeyirli olmasını arzu edirəm".

Qeyd edək ki, Sinan Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova