Çin Hindistanın ev sahibliyi etdiyi G20 sammitinə getməmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, Çinin qoşulmama səbəbi sammitin mübahisəli ərazi olan Cammu və Kəşmir bölgəsində keçirilməsidir.
Çinin xarici işlər nazirliyindən verilən açıqlamada mübahisəli bölgədə G20 sammitinin keçirilməsinin əleyhinə olduğu bildirilib.
Həmçinin bildirilib ki, Çin bu səbəbdən sözügedən sammitə qatılmayacaq.
Qeyd edək ki, sammitdə ABŞ, Rusiya , Fransa, Almaniya , İtaliya, İngiltərə, Yaponiya, Cənubi Koreya və Avropa İttifaqı iştirak edəcək.
Aysu Demokrat.az


