Kanadanın Xarici İşlər Nazirliyi İsrail ilə Fələstin arasında artan gərginliklə bağlı açıqlama yayıb.
Demokrat.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Məlumata əsasən, Kanada İsrail və Qəzza arasındakı gərginlikdən dərin narahatdır:
"Kanada dövləti İsrail və Fələstin xalqlarının təhlükəsiz yaşamasının tərəfdarıdır. Qəzzada uşaqlar da daxil olmaqla, mülki şəxslərin faciəvi şəkildə həlak olması bizi kədərləndirir.
Bütün mülki şəxslər qorunmalı və beynəlxalq hüquqa hörmət edilməlidir. Kanada həmçinin İsrailin raket hücumunu pisləyir".
Aysu Demokrat.az


