Dünya Özəl

Sinaqoqa silahlı hücum oldu — Ölənlər var...

Sinaqoqa silahlı hücum oldu — Ölənlər var...

Tunisin Cerba adasında sinaqoqa edilən hücum nəticəsində 4 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hücum Avropadan və İsraildən yəhudi ziyarətçilərin adaya getdiyi zaman baş verib.

Bildirilib ki, hücumçu öz mühafizəçi həmkarını öldürüb, daha sonra ziyarətçilərə atəş açıb və intihar edib.

Mühafizəçinin hücumu hansı səbəbdən törətdiyi məlum deyil.

Həlak olan ziyarətçilərdən birinin Fransa vətəndaşı olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az